Demokratik TV
Xəbər lenti
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
- 16 noy 2018, 12:47
"İşsizlikdən sığorta haqqında” qanun layihəsinə mühüm dəyişiklik təklif olunur.
Demokratik.Az bildirir ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət bundan sonra Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu səbəbdən layihədə sığortaçının, sığortaedənin və sığortaolunanın hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır.
Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür.
Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bələdiyyələrin səlahiyyəti artırıldı
Bələdiyyələrə yeni səlahiyyət verilir
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
Prezident Mülki Məcəlləni təsdiqlədi-fərman
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər təsdiqləndi
Milli Məclisdə büdcə müzakirələri başlayır
GÜNDƏM: - Milli Məclis büdcə müzakirələrinə başladı
Nazirlər Kabineti tələbə qəbulu qaydalarında dəyişiklik edib
Yeni pensiya yaşımız mübarək!: YAŞ HƏDDİ 65 OLDU
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti