Şuşanın icra başçısının topdağıtmaz sərvəti sadalandı - Təkzib də etmir

  • 25 dek 2020, 17:03
Sosial şəbəkələrdə Şuşa rayon icra başçısı Bayram Səfərova aid olduğu idda olunan və dəyəri 10 milyonlarla ölçülən sərvətinin natamam siyahısı yayılıb:
"Demokratik.Az" saytı yayılan məlumatların təkzib edilmədiyini nəzərə alaraq, Bayram Səfərovun gözqamaşdıran SƏRVƏTİnin siyahısını təqdim edir:  
▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil
▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa
▪️Dərnəgüldə daha bir mənzil
▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB
▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti
▪️"Qala” restoranı
▪️"Kosmos” Restoranı
▪️Nərimanov parkında yerləşən "İstanbul” kafesi
▪️La Vita Cafe and Restoran
▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri
▪️Novxanıda mal-qara ferması
▪️Fermanın yaxınlığında gön-dəri sexi
▪️Binəqədidə hektarlarla torpağı
▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı
▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları
▪️Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti
▪️Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir
▪️Qiyməti 50-60 min dollar olan "58-AA-001” dövlət nömrə nişanlı "Lincoln MKS” model avtomobil...
QEYD: Xatırladaq ki, Bayram Səfərov ötən günlərdə hələ də Şuşaya getmədiyinə dair tənqidi informasiyalarla medianın diqqətinə gəlmişdi. Dərin məntiqlə düşünəndə isə, icra başçısını anlamaq olar. Axı bunca sərvəti qoyub Şuşaya getmək Bayram Səfərov üçün elə də asan məsələyə oxşamır? Görünür, icra başçısı öz səlahiyyətlərinin icrasından daha çox, sərvət artırmaqla məşğul olub... 
Demokratik.Az
Oxşar xəbərlər