SOS! Gəncə sakini səfil həyatına başlayıb - Parkda yatır! - VİDEO

  • 20 noy 2020, 21:43
Gəncə şəhər sakini, vətəndaş Məcnuni İlham Həsən oğlu bir aydır ki, səfil həyat tərzinə sürüklənib. Şəhərin Füzuli parkında gecələməyə məhkum olan zavallı şəxs yaxın ətrafının, eləcə də şəhərin bütün qurumlarının qayğı və diqqətindən kənarda qalıb. O özü də diqqətsizlikdən giley edir.
"Demokratik.Az" saytı bildirir ki, aidiyyatı qurumlar, eləcə də yerli polis nümayəndələri ümidsizliyə yuvarlanmış bir sakinin bir müddətdir ki, parkın oturacağında niyə və nə üçün yatdığını araşdırmadan sağlamlıq durumunda da ciddi problemlər hiss olunan birini görməzlikdəın gəlirlər. Onun imdadına reaksiya verən kimsələr tapılmır. Əksinə, aydın olur ki, ona elə parkda yatması üçün özəl şərait yaradırlar.
Danılmaz məntiqdir ki, azından, onun kimliyi ölkədə mövcud olan sərt karantin rejimində və hazırda qüvvədə olan komendant saatlarında müəyyən etmək, onu müvəqqətidə olsa hansısa sığınacaqda yerləşdirmək olardı. Axı, ən azından, polislər onun barəsində müvafiq sənədləşdirilmə aparıb hökumət himayəsi üçün Gəncə icra hakimiyyəti başçısı cənab Niyazi Bayramova və ya hansısa xəstəxanaya təhvil verə bilərdi. Təəssüf ki, soyuqda-sazaqda ac və susuz halda səfilliyə yuvarlanmaqda olan bir vətəndaşımıza sahib çıxılmayıb, ona heç bir yardım edilməyib. Təəssüf...
İnanırıq ki, ölkənin aidiyyatı şəxsləri, xüsusilə də Gəncə İHB-nin insanpərvər icra başçısı zavallı bir Gəncəlinin halına acıyıb onu dövlət himayəsinə alar...
Üzülərək onunla qısa videomüsahibəni təqdim edirik:
Oxşar xəbərlər