Demokratik TV
Xəbər lenti
Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs tutuldu - Foto
- 11 apr 2020, 12:46
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib.
T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gəncədə karantin rejimini pozan gənclər aşkarlanıb
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
Gəncədə bıçaqlamada şübhəli bilinən şəxs saxlanıb
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb
Gəncədə bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Gəncədə oğru saxlanılıb
Ağstafada iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutuldu
Niyazi Bayramov Gəncədə karantin rejimini təftiş edib
Gəncə polisi “Evdə qal” devizi altında aksiyaya dəstək olur
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti