Demokratik TV
Xəbər lenti
Sərt karantin tədbiri! Polis “Fairmont Baku” hoteli "basdı"
- 05 iyul 2020, 17:34
Bakının məşhur hotellərindən birində karantin qaydaları kobud qaydada pozulub. Buna cavab olaraq, polislər hoteli "basıb". Karantin qaydalarına riayət etməyənlərin aidiyyatı polis bölmələrinə aparıldığı bildirilir.
Demokratik.Az-ın məlumatına görə, iyulun 2-dən Nazirlər Kabineti Yanında operativ qərargah tərəfindən bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi iyulun 20-dək uzadılsa da, “Fairmont Baku” hoteli qaydalara əməl etməyib.
Belə ki, Hotel həftə sonunu “Fairmont Baku”da keçirmək üçün vətəndaşlara qanunsuz çağırış edib.
Bu məqsədlə yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə də səbəb olub və qınanılmışdı.
Xatırladaq ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.
Buna baxmayaraq, həm Bakıda, eləcə də məlum şəhər və rayonlardakı bir sıra dəbdəbəli hotel və istirahət mərkəzlərində qanun pozuntuları müşahidə olunur.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanın 16 şəhər və rayonunda xüsusi karantin rejimi başlayıb - SİYAHI
Xüsusi karantin rejimi 20 iyuladək uzadıldı, yeni və daha sərt qadağalar gəldi – RƏSMİ
Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
QƏRAR! Azərbaycanda karantin rejimi may ayının 4-dək uzadıldı
Gəncədə karantin rejimini pozan gənclər aşkarlanıb
Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək uzadıldı
Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır
Sərt karantin rejimi hər həftəsonu olacaq? - VideoAÇIQLAMA
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti