Gəncədə karantin rejimini pozan gənclər aşkarlanıb

  • 30 mart 2020, 11:12

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək 10
nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gəncləri aşkarlayıb. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Demokratik.Az


Oxşar xəbərlər