Demokratik TV
746 nəfərə xəbərdarlıq edilib - VİDEO
Vilayət Eyvazov karantin rejimini pozanlardan danışıb.

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib:
Nazir bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edildiyini, bir nəfərə isə cinayət işinin qaldırılması istiqamətində işlər aparıldığını bildirib:
Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, vətəndaşlar postlara qədər həm maşınla, həm də maşınsız gəlib, sonra da paytaxta girməyə cəhd edirlər. Belə şəxslərin 99 nəfəri konkret müəyyən olunub, barələrində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Bakıda da karantin rejimini pozanlar cərimələnir. Həmin şəxslər barəsdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydaya cərimə protokolu tədbiq edilir.
