Şikayətçi Şəki Yol Polislərini İFŞA EDİR

  • 04 okt 2019, 12:45

Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu prezidentə şikayət yazıb. Vətəndaş özlərini Şəki DYP əməkdaşları kimi təqdim edən, lakin şəxsi VAZ 2106 markalı, 10 DJ 106 nömrəli şəxsi avtomobillə gəlib şikayətçiyə məxsus 90 BX 213 nömrəli Niva markalı avtomobili zorla oğurlayıb naməlum istiqamətə aparan şəxslərin qanunsuz hərəkətindən yazır.

"Demokratik.Az" saytı vasitəsilə öz ərizəsinin ictimailəşdirilməsini xahiş edən Şəki sakini yazır:

"Cənab Prezident! Əvvəlcə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol polisi əməkdaşlarının yerli vətəndaşlarımıza qarşı etdikləri qanunsuz hərəkətləri hamını boğaza yığıb. Budur, qısa müddət ərzində, bu il sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi NİVA markalı 90 BX 213 nömrəli avtomobilimi saxlamış və mənimlə mübahisəyə başlamışlar. Biri əl atıb qapını açırdı, digəri açarı almaq istəyirdi və s. anormal hərəkətlər edirdilər. Sonda təhlükəsizlik kəmərindən istifadə etməməyə görə mənə cərimə protokolu tərtib etdilər. Amma bir surətini vermədilər. Səhəri günü yenə gəlib yazdıqları protokolu tələb edib almışam. Və görmüşəm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisənin olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam. Mən cərimənin protokol nömrəsinə görə ödəməyə görə bu sənədi onlardan alanda məlum oldu ki, bu DYP işçiləri əslində koordinat üzrə Yevlax – zaqatal yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin hamımıza məlumdur ki, həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobilini gizli sövdələşmələri nəticəsində qanunsuz olaraq öz ərazisinə dəvət edir ki, iş yoldaşları "ac qalmasınlar” və 822 –nin ərazisinə daxil olub dolnasınlar. Qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına ( aylıq plan məsləsi) görə onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir.Və ona görə də kənardan bu zonanın avtomobillərini "qarmağa” saldırmaq üçün bu yolu seçib pul qazanırlar. Qoy qazansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə xahiş minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni özləri əvəzimə ödədilər.

Oktyabrın 3-də günortadan sonra mənə bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarırlar. Mən Aşağı Göynük kəndindəki "Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü formada, digəri polis formasında idi. Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini aparmalıyıq. Sürücülük vəsiqən də ləğv olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, mən bu 10 manatı dərhal ödəyim. Dedilər, ya 200 manat hörmət elə ki, biz sistemdən bu əriməni silək, ya da avtomobil aparmalıyiq və "prava”n da ləğv olunacaq. Mən dərhal 902 qaynar xəttinə zəng etdim. Bildirdilər ki, sənin cərimən olubdur və aktivdir. Cəriməni ödə məslə bitsin. Qaynar xəttdə mənə cavab verən kişi yanımdakı polislə də danışdı. O özünü baş inspektor Ramil Adamov kimi təqdim etdi və bildirdi ki, sürücünün cəriməsi 16 manatdır. Mən yaxındakı aparatda cəriməni ödəyib gəldim. Bu zaman özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri avtomobilimə oturub Şəki istiqamətində sürməyə başladı, digəri də şəsxi VAZ 2106 avtomobillə onun arxasınca sürüb getdilər. Onlar mənim ödədiyim qəbzi də nəzərə almadılar. Bəli, bu mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın ağlı başına gəlsin ki, 23 sentyabr protokolunu niyə bizdən istəyib alıb.

Avtomobilimin oğurlanması faktına görə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verdim. Qeydə alındı. Amma hələlik heç bir tədbir görülmür.

     Cənab Prezident! Əvvəlcə bildirmək istəyirəm ki, mən pulu zülmlə, əziyyət çəkib qazanıram. Ermənilərin başına 3 milyon pul qoyduğu rəhmətlik qardaşım Faiq Əbdürrəhimov ona görə şəhid olmayıb ki, bu gün DYP, İcra, məhkəmə, həkim, dövlət məmuru  adı altında bizim kimi sadə vətəndaşları qulluq mövqelərindən süi-istifadə etməklə incitsinlər, pul tələb etsinlər və gedib haram pullarla evdə arvad-uşaqlarına yedizdirib özlərini "kişi” hesab etsinlər. Mən bu kateqoriyalı bütün insanları vəzifəsindən asılı olamyaraq heyvan hesab edirəm. Pulu kişi kimi qazanarlar! Xahiş edirəm mülkü formada DYP adı altında quldurluqla məşğul olanların dərhal müəyyənləşdirilib ccəzalandırılması üçün aidiyyatı üzrə göstəriş verəsiniz.

Hörmətli, Zeynalov Ramiz! Sadə bir vətəndaş olaraq sizdən tələb edirəm dərhal mülkü formada DYP adı altında gəlib avtomobilimi oğurlayıb aparan, poli adına ləkə gətirən oğrularınızı tapıb cəzalandıra və avtomobilimin yerinə qaytarılması barədə göstəriş verəsiniz".

Demokratik.Az qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırdır...

 

Demokratik.Az

 



 


 


Oxşar xəbərlər