Şəki polisləri qanvermə aksiyası keçirdi - FOTOLAR

  • 03 dek 2018, 20:17


 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya instititunun əməkdaşlarının iştirakı ilə Şəki Şəhər Rayon Polis Şöbəsində Talassemiyalı və Hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

 

"Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada ŞRPŞ-nin şəxsi heyəti fəal iştirak edib. Onlar bu kimi xeyriyyəçilik tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu bildiriblər.

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər. Sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.



 


 

Oxşar xəbərlər