Səfər Əbiyevin pomprokuror oğlu işdən çıxarılıb

  • 26 noy 2018, 15:38

Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.

Demokratik.Az-ın "Report”a istinadla verdiyi məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.

Oxşar xəbərlər