Zakir Qaralov Qobustana yeni prokuror təyin edib

  • 14 iyul 2017, 21:37

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub. 

 

Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Ramin Hüseynov Qobustan rayonunun prokuroru təyin edilib. 

Qeyd edək ki, Qobustanın keçmiş prokuroru Azər Vahabzadə prokurorluq orqanlarında qulluq keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib.

Oxşar xəbərlər