Səfər Əbiyevin sabiq müavini məhkəmədə ifadə verdi

  • 31 avq 2016, 22:54
Bu gün Bakı Apellyasiya Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Səlimov və onun müdafiəçisi çıxış edib.
Daha sonra M.Səlimovun vəkili vəsatətlə çıxış edib. Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi üzrə cinayətin müddətinin keçdiyini bildirib. Bunun üçün müdafiəçi həmin maddə üzrə ittihama xitam verilməsini istəyib. Vəsatətə növbəti prosesdə baxılacaq.

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub. O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Report
Oxşar xəbərlər