Demokratik TV
Xəbər lenti
80 minlik oğurluq edənlərin cəzası azaldıldı
- 29 iyul 2016, 17:16

Oğurluq hadisəsi ötən ilin dekabrın 24-də Sabunçu rayonunda baş verib. Bu rayonda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şepiya və X.Gülməmmədov saxlanııb vı onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Şepiya və X.Gülməmmədovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Rəşad VAQİFOĞLU

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti