Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Zakir Qaralov bu şəxsləri vəzifələrindən azad edib
Zakir Qaralov bu şəxsləri vəzifələrindən azad edib
- 16 may 2017, 15:36
Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub
![]()
Lent.az xəbər verir ki, Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli və Fuad Tağıyev tutduqları vəzifədən azad edilib.
G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib. Bundan başqa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin böyük prokurorları Tural Aslanov və Azad Fətullayev Bakı şəhər prokurorunun köməkçisi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl İlqar Abbasov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. O, bu vəzifədə Ali Məhkəmənin hakimi təyin edilən Əziz Seyidovu əvəz edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti