Baş nazirimiz parlamentdə - büdcə zərfinin müzakirəsində

  • 21 noy 2017, 12:52

Milli Məclisdə 2018-ci ilin dövlət büdcə zərfinin müzakirəsinə başlanılıb.

Spiker Oqtay Əsədov deputatları və Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə plenar iclasa qatılan hökumət üzvlərini salamladıqdan sonra iclasın gündəliyini səsverməyə çıxartdı.

Spiker giriş nitqində büdcə zərfi haqqında qısa məlumat verdi, ölkənin iqtisadi durumu barədə məlumat verdi.

O, büdcə gəlirlərində qeyri-neft sektorundakı çəkisinin 50 faizi keçdiyini xüsusi vurğuladı. Bildirdi ki, iqtisadi inkişafın nəticəsində Azərbaycan Davos Dünya Forumunda 140 ölkə arasında iki pillə də irəliləyərək, 35-ci yerdə qərarlaşıb.

Spiker dedi ki, büdcə zərfi parlament komitələrində geniş müzakirə olunub və plenar iclasa tövsiyə olunub. / Y.M/

Demokratik.Az

Oxşar xəbərlər