Büdcə müzakirələri davam edir

  • 02 dek 2016, 13:43
Bu gün, Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur.

Sputnik xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, büdcə layihəsi ölkənin daxili reallıqları, qlobal proseslər nəzərə alınaraq hazırlanıb: "Məqsəd ölkədə mövcud iqtisadi sabitliyi qoruyub saxlamaq, müxtəlif sahələrin inkişafını təmin etmək, sosial-mədəni sahəni diqqətdə saxlamaq və sairdir. Layihə hazırlanarkən hökumət mövcud imkanları tam nəzərə alıb". Maliyyə naziri Samir Şərifov isə bildirib ki, büdcə layihəsi əvvəlki illərdən fərqli olaraq, makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni çağırışları nəzərə alır.
Oxşar xəbərlər