Demokratik TV
"Xərclərə qənaət olunmalıdır" - Samir Şərifov
Bu gün Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qurumun struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov prezident İlham Əliyev tərəfindən bu günlərdə imzalanmış "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun və həmin qanunun tətbiqi ilə bağlı qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin dövlət və icmal büdcələri və sonrakı üç il üçün layihələr prezidentin ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı üçün müəyyən etdiyi strateji xəttə və sosialyönümlü prioritet vəzifələrə uyğun olaraq ölkədaxili və xaricdəki makroiqtisadi mühit və gözlənilən real büdcə gəlirləri nəzərə alınmaqla tərtib edilib.
Kollegiyanın sədri bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus "Azerlight” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.
Azərbaycan prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.
Nazir 2016-2019-cu illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.
S. Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, həmçinin sentyabr ayının 8-də 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr olunmuş iclasında və digər rəsmi tədbirlərdə Prezident İlham Əliyevin dövlət vəsaitlərindən qənaətlə istifadə etməklə maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorunun, vergi və gömrük yığımları hesabına formalaşdırılması, dövlət idarəetmə sistemində ciddi islahatların aparılması kimi konkret tapşırıqlar verdiyini bildirib. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanun və həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla da qarşıya müvafiq vəzifələr qoyulduğunu xatırladan nazir həmin tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə bir sıra tədbirlərin görüləcəyini bildirib.
Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əmək haqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.
Kollegiya iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun, həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla Maliyyə Nazirliyinə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə görüləcək işlərə dair "Tədbirlər planı”nı təsdiq edilib.
İclasın yekununda maliyyə naziri Samir Şərifov cari ilin sonuna az vaxt qaldığını nəzərə alaraq, maliyyə və xəzinə orqanlarına dövlət büdcəsinin gəlirlərinin icrasının təmin edilməsi, müdafiə olunan və onlara bərabər tutulan digər xərclərin maliyyələşdirilməsinin tam həyata keçirilməsi, bu istiqamətdə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla əlaqəli işin daha da gücləndirilməsi, beləliklə, 2015-ci ilin uğurla başa çatdırılması üçün konkret tapşırıqlar verib.