Oqtay Əsədov XİN rəhbəri ilə görüşüb

  • 03 fev 2016, 21:21

Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


AzVision.az-ın məlumatına görə, görüşdə Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Milli Məclisin sədri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın möhkəm hüquqi baza üzərində qurulduğunu və inkişafda olduğunu deyən Oqtay Əsədov bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Spiker, həmçinin Azərbaycanın enerji layihələri barədə də qonaqlara məlumat verib.

O. Əsədov bildirib ki, indiyədək ölkələrimiz arasında müxtəlif səhələrə dair sənədlər imzalanıb, daha bir neçə sənəd isə imzalanma ərəfəsindədir. Spiker ölkələrimiz arasındakı mövcud iqtisadi əməkdaşlıqdan da söz açaraq TAP layihəsinin ticarət əlaqələrini daha da artıracağını deyib.

Nikos Kotzias Azərbaycana səfərindən məmnunluğunu bildirərək keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını söyləyib. Nazir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Demokratik.Az

Oxşar xəbərlər