Əliyevlər Komandasında bugünün iki ad günü
HÖMƏTLİ BƏYLƏR EYYUBOV VƏ ƏLİ HƏSƏNOV! AD GÜNÜNÜZ MÜBARƏK!
Bu gün Azərbaycan dövlətçiliyində özünəməxsus yer
tutan, Əliyevlər hakimiyyətinə xüsusi sədaqətləri ilə seçilən iki öncül məmurun
doğum günüdür. Adları hər kəsə tanış olan yüksək ranqlı simalar ad günlərini həmişə adi günlər kimi bu gün də iş başında – ölkə başçısının yanında, prezident
aparatında qeyd edirlər. Bəli, həm general-polkovnik Bəylər Eyyubov, eləcə də
prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həyatlarındakı ən
özəl günü dövlətin və dövlətçiliyin keşiyində dayanmaqla keçirirlər. Hər iki şəxsin Heydər və İlham Əliyevlər hakimiyyətində əvəzsiz hizmətləri var. Xalqa olan sevgi və rəğbətlərini də zaman-zaman hiss etmişik. Keçdikləri həyat yolu isə hər bir azərbaycanlı – xüsusən məmurlar
üçün əsl nümunədir.
BƏYLƏR
EYYUBOV: Bugün nümunəvi GENERALIN 68 yaşı tamam olur.
1993-cü ildən Azərbaycan Respublikası pezidentinin baş cangüdəni - şəxsi
mühafizəkarıdır. Həmin ildən AR Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 1-ci
müavinidir. Ulu öndər Heydər Əliyev tərəfindən göstərdiyi xidmətlərə görə dəfələrlə
ən yüksək təltiflərə layiq görülüb. General rütbəsinə çox sürətlə yüksəlib. Həm
prezident mərhum Heydər Əliyevin, həm də hazırki ölkə başçısı cənab İlham
Əliyevin həyatını öz həyatından qiymətli tutub. General polkovnik hərbi rütbəsini
şərəflə daşıyıb, işinin öhdəsindən həmişə layiqincə gəlib. Diqqət yetirsəniz, Bəylər
Eyyubovun daim prezidentlərin keşiyində durması, onlara dost olması anları da gözdən qaçmayıb.
ƏLİ HƏSƏNOV: Bugün onun 59 yaşı tamam olur. Dinamik siyasətçi, tanınmış ictimai-siyasi xadim 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.
Əli Həsənov 1992-1993-cü
illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş
laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin
müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində
çalışıb. Daim öz aktiv fəaliyyəti ilə mərhum Heydər Əliyevin diqqətini çəkə bilib. Ona həmişə xüsusi inam və etimad olub.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
23 fevral 2015-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisidir.
"Demokratik.Az” saytı olaraq hər iki dəyərli məmura – "100 yaşayın” deyirik. Bundan sonrakı çətin və şərəfli həyat yollarında yeni uğurlar arzulayırıq.
Osman Nərimanoğlu
"Demokratik.Az”
