Xələf Xələfov komissiya sədri təyin edilib - sərəncam
Prezident İlham Əliyev Azərbaycan
Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada
verilsin:
"Komissiyanın sədri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini
Komissiyanın üzvləri:
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini
Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin
müavini - Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
sədrinin birinci müavini
İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Məhərrəm Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş
idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və
geodeziya şöbəsinin müdiri”.
Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
Xarici İşlər Nazirliyi sərəncama edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə
bildiriş göndərməlidir.