Yaqub Eyyubova "Şərəf" ordeni verildi
- 23 okt 2015, 22:03
Azərbaycan Prezidenti İlham Əliyev Yaqub Eyyubovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Yaqub Abdulla oğlu Eyyubov "Şərəf” ordeni ilə təltif edilsin.
Y.Eyyubov Azərbaycanın Baş nazirinin 1-ci müavini postunu tutur.
Demokratik.az-ın mlumatına görə, sabah onun ad günüdür, 70 yaşı tamam olur.
Yaqub Abdulla oğlu Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb.
1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.