Demokratik TV
Göygöl sakini: ""COVİD"-ə yoluxmuşuq, amma vecinə alan, dərman verən yoxdur"
“Dünyada baş qaldıran pandemiya ilə əlaqədar olaraq Azərbaycanda da qapanmalara gedilməsi, əhalinin "COVİD-19" bəlasından qorunması, yoluxmaya qarşı tədbirlərin görülməsi və xəstələrin müalicəsi istiqamətində sürətli addımlar atılıb. Lakin, Səhiyyə Nazirliyi və TƏBİB "COVID 19" xəstələrinə sahə həkimləri tərəfindən müalicə və nəzarətin yüksək səviyyədə təşkil edildiyini, dərman paketlərinin pulsuz çatdırıldığını desə də, vətəndaşlar əksər hallarda bununla razılaşmır. Post-pandemiya dönəmində çoxsaylı vətəndaş şikayətləri olub ki, bir çox hallarda həkimlər xəstələrlə maraqlanmır. Dərmanları isə xəstələr öz hesablarına almaq məcburiyyətində qalıblar”.
"Demokratik.Az"-a Göygöl rayon sakini Azay Hüseynov tərəfindən edilən müraciət də bu qəbildəndir.
Şikayətçinin saytımıza bildirdiyinə görə, fevralın 12-dən məlum olub ki, COVİD-19 virusuna yoluxub, həmin gündən də Gəncə şəhərində Abbas Səhhətdəki Modul tipli xəstəxanasında bir neçə gün stasionar müalicə də alıb. Sonradan öz istəyilə evə buraxılıb və müalicəsini hazırda Göygöl şəhərindəki evində davam etdirir.
Hüseynov Azay Eldar oğlu bildirir ki, ona qarşı laqeyidlik hiss edir. Müalicəsinə sərf edilən bütün dərman vasitələrini belə öz şəxsi vəsaiti hesabına alır. İndi isə Göygöl Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin poliklinika şöbəsinə məlumat versə də, ona təlimatla nəzərdə tutulan dərman preparatları verilmir. Eləcə də, poliklinikanın sahə həkimi onunla maraqlanmır. Şikayətçi bildirir ki, həyat yoldaşı da artıq xəstəliyə yoluxub.
Xatırladaq ki, "COVİD-19" virusuna yoluxmuş xəstələrə paylanmalı olan dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur: "Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".
Baş Səhiyyə İdarəsinin rəisinin onlayn müsahibəsində qeyd olundu ki, digər infeksion xəstəliklərlə yanaşı, COVİD-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.
İnanırıq ki, sakinlərə qarşı laqeyidlik nümayiş etdirən TƏBİB və Göygöl MRX PHŞ-nin rəhbərliyi Azay Hüseynovun çağırışına səs verəcək, onun müalicə-dərman vasitələri ilə təcili təminatına və ev şəraitində müalicəsinə maraq göstərəcək...
Demokratik.Az