İlham Həsənovun şeiri: "Atasından bixəbərdir rüşvətxor müdir"

  • 06 iyun 2022, 14:38
Gəncədə yaşayan əməkdar müəllim, şair-yazıçı İlham Həsənov dələduz, rüşvətxor,yaramaz bir idarə müdirinə ithaf etdiyi sonuncu şeirini dərc üşün Demokratik.Az-a göndərib.
Şeiri təqdim edirik:

Tanıdığım bir məmur,
Hamıya hiylə qurur.
Köpək kimi qudurur
Ulayır axşam-səhər
Atasından bixəbər.

Kişinin fahişəsi,
Ev yıxmaqdı peşəsi.
Tezliklə ilişəsi
Qazanır, irin, zəhər
Atasından bixəbər.

Murdardı xasiyyəti,
Yox namusu, qeyrəti.
Korlanıb tam səhhəti
Sir-sifəti eybəcər
Atasından bixəbər.

Tanımır əcdadını,
Unudub soy adını.
Qırarlar qanadını
Baş girlləyir bitəhər
Atasından bixəbər.

Qarğış edir camaat,
Ona dərs verər həyat
Sonluğu da qazamat
Olacaq bundan betǝr
Atasından bixəbər.

Bu şərəfsiz yallanır,
Pul gəldikcə buğlanır.
Yeyib-içib hallanır
Dillərdə adı əzbər,
Atasından bixəbər.

İşçini təhqir edir,
Nədənsə göylə gedir.
Satqınlığı öyrədir
Duruşu xalis əntər
Atasından bixəbər.

Dağılsın tufanası
Eldan alıb anası
Çalınacaq zurnası
Boğubdur onu qəhər
Atasından bixəbər.

Güvənir day-dayıya
Hələ gedir hay-huya
Bic gəlibdir dünyaya
İlham deyir, müxtəsər
Atasından bixəbər.

31.05.2022 ci il. Gəncə şəhəri. İlham Musaoğlu. Şair jurnalist
Oxşar xəbərlər