Gəncədə manyak direktor kimdir? - TƏHLİL
Gündə bir xəbər eşitməsən, qulaq kar olar.
Qulaqlarımız artıq əcaib xəbərlər eşitməkdən "mazol” olub. Vəzifə kürsüsündə əyləşən
məmurların böyük əksəriyyəti bu kimi xəbərlərin əsas mövzusudur. Yayılan xəbərlərdə belə fikir yaranır ki, məmur
kürsüləri artıq korrupsiyalaşıb. Bu, o deməkdir ki, dövlətçiliyimiz və milli
maraqlarımız baxımından onlar xalqa xidmət etmək marağında deyillər. Sanki, heç bu dövlətin vətəndaşı və bu xalqın
övladları deyillər. Bəlkə, həqiqətən də onlar özünü bu xalqın övladı
saymırlar?..
Özbaşınalıq ölkə təhsilini də cənginə ala bilib. Bəzən eşidirik ki, hansısa direktor orta məktəbi əxlaqsızlıq yuvasına çevirib, kimisi haqqında deyirlər ki, filan direktor cinsi azlığın nümayəndəsidir və nələr, nələr...Kimisinin də əməllərinə şeirlər həsr edirlər ki, pul hərisidir.
Ötən gün "Demokratik.Az”da oxuduğumuz "Pul hərisidir” (Gəncədə manyak direktor kimdir? - TƏHLİL) şeiri də bu qəbildəndir. Gəncədə bir direktor başqasına maraqlı bir şeir yazıb. Düşünək. Əgər direktor öz həmkarına reallıqla səsləşən və təhsil ocağında iyrənc əməlləri ilə seçilən birisinə şeir qoşubsa, demək "torbada həqiqətən də pişik ola bilər”. Elə bir pişik ki, həyasızlığı bir şəhərin təhsil sisteminə yetir.
Şeirdəki hədəfin əlamətləri sarsıdıcı olduğu qədər də digərlərinə pis örnəkdir. Görəsən, bu əlamətləri özündə gəzdirən və heç kimdən də gizlətməyən birisi Gəncə kimi ziyalılar şəhərində asanlıqla məktəb direktoru kimi məsul bir vəzifəyə necə təyin olunub? Belələrinə Gəncədə direktor olmaq doğrudanmı, belə asan bir işdir?!...
Bəlkə şeirdəki personaj xarici kinolardakı manyak və monstrlarla eyniləşdirilib? Bəlkə bu, tanınmış pedaqoq və şairin fantaziyasının məhsuludur? Hərçənd, İlham Musaoğlu bu şəbədəni məktəb direktoruna həsr edirsə, demək, obrazı yaradılmış bu şəxs Gəncə sakinidir, şair özü isə öz "qəhrəmanını” yaxşı tanıyır. Şairin yazdığına inansaq, "Şərəfsiz, yaramaz, dul hərisidir, çirkin əməlləri son həddə çatıb, namusu, qeyrəti tullayıb atıb. Pis-pis vərdişlərə çoxdan öyrəşib. O, kol hərisidir”. Əgər belədirsə, həqiqətən də, Gəncə şəhərində bu əlamətləri ilə seçilən bir manyak məktəb direktoru kimdir? Məktəblərə, direktorların bilavasitə fəaliyyətinə cavabdeh olan rəhbərlər bəs hara baxır?
Digər oxucular kimi mənə də maraqlıdır- bu pis keyfiyyətləri özündə birləşdirən kəs necə və hansı qaydalarla təhsil ocağına rəhbərlik edə bilir?
İnsanların qulaqları belə xəbərlərə öyrəşib. Bizi artıq heç nə ilə təəccübləndirmək mümkün deyil. Məsələn, desələr ki, milli təhsilimiz irəli gedir və ya gedəcək, biz təəccüblənməyəcəyik. Üstəlik desələr ki, bir məktəb direktoru, yaxud dekan, ya kafedra müdiri tapa bilməzsən ki, təhsilin inkişafına təkan versin, yenə də təəccüblənməyə bilərik. Amma, desələr ki, müəllimlər işə rüşvətsiz qəbul olunur, bax , onda, təəccüblənə bilərik. Rüşvətlə məktəbə qəbul olunan müəllim və direktor isə, əlbəttə ki, nə xalqa, nə dövlətə sədaqətlə xidmət edər, nə də ki, təhsilin inkişafında maraqlı olar. Çünki, onun beynində yalnız bir fikir olacaq:- Pul hərisi olan məmura verdiyi pulu "çıxarmaq”! Belə halda təhsil ocaqlarında qanunsuzluqlarla rastlaşan pedaqoqların psixologiyasına hansı zərbələr vurulduğunu təsəvvür edin. Təhsil ocağını əxlaqsız keyfiyyətləri ilə idarə edən məmurun o məktəbdə çalışan onlarla namuslu, vicdanlı pedaqoqlara münasibətini, orada yaranan narazılıqları təsəvvür edin. Gündə bir xəbər eşidən şagird qulaqlarının vəziyyətini təsəvvür edin.
Şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmalı olan məktəb rəhbərliyi yüksək keyfiyyətləri ilə şagird və müəllim kollektivinə nümunə olmalıdır.Yox əgər, o direktor həqiqətən də əxlaqsız, rüşvətxor və şairin dediyi kimi "gəlin paltarlarında xal hərisidirsə” onda, həm də, cinsi azlıq nümayəndəsidir. Bu, belədirsə, təhsilə, dövlət qanunlarına, milli maraqlara düşmən kəsilən birisidir. Demək, düşməndir. Düşməndirsə, onda cinayətkardır! ( Bu, məhkəmə qərarı olmadan da aydındır). Cinayətkarın dövlətin qayğısı ilə əhatələndiyi və birbaşa nəzarəti altında saxladığı strateji əhəmiyyətli bir obyektə rəhbərlik etməsi isə, təhsilimizdəki mövcud qanunların tapdalanmasıdır...
Bu xəbər artıq bizi təəccübləndirdi, şoka saldı. Təhsilə, təlim-tərbiyəyə həsr etdiyimiz cild-cild kitablara, çəkdiyimiz sənədli filmlərə ləkə gətirdi. Ömrümüzü, vaxt və enerjimizi verdiyimiz, sevdiyimiz və hörmətlə yanaşdığımız insanların şərəfli müəllim adına ləkə gətirər. Canımızdan və qanımızdan artıq və üstün tutduğumuz dövlətimizin və xalqımızın adına ləkə salar. Əsası da, insanlarda ikrah və nifrət hissi oyadar. Belə bir hal bu günə kimi yaradılan əsl pedaqoq obrazına təhqir sayılır və hesab edirik ki, pedaqoq adını daşımağa layiq olmayan bu şəxsin kimliyi əvvəl-axır ictimaiyyətə açıqlanmalıdır. Lakin, o öz layiqli cəzasını alacaqmı? Yoxsa, gələcəkdə yaranacaq buna oxşar digər xəbərlər insanları yenə şoka salacaq?.. Yaşayarıq, görərik!
Ruhulla Zahidov, yazıçı – jurnalist
"Demokratik.Az" ötən gün yayımlanan həmin şeiri yenidən təqdim edir:
"Pul hərisidir"
Vallah insanların gözləri doymur
Birisi vəzifə, pul hərisidir
Dosta, tanışına, məhəl də qoymur
Pulun qarşısında, qul hərisidir
Bu alçaq vicdanı, qəpiyə satıb
Çirkin əməlləri, son həddə çatıb
Namusu, qeyrəti, tullayıb, atıb
Şərəfsiz, yaramaz, dul hərisidir
Xəyalı göylərdə gəzişir, hər an
Başının üstünü, alıbdır duman
Bir gün, bir tələyə düşəcək yaman
Bədbəxtin balası, kol hərisidir
Əcaib işlərə, artıb marağı
Hədsiz natəmizdir, əli-ayağı
Şəhərə səs salıb, səsi, sorağı
Gəlin paltarında, xal hərisidir.
Haqqında yazıbdır, hər gün internet
Onsuz hazırlanıb, məxvi bir paket
Bir nəfər lazımdır, deyə ki, çıx get
Odur ki, qorxudan, fal hərisidir.
Uzaq gedə bilməz, daha dirəşib
Pis-pis vərdişlərə, çoxdan öyrəşib
Son vaxtlar, başı da lap keçəlləşib
Başına əkməyə, qıl hərisidir.
İlham dərk eləyir, xeyirlə şəri
Adı da olubdur, dillər əzbəri
Yoxsa ki, qaçqının, yazığın biri
Düşüb qapılara, yal hərisidir
Özü də, vəzifə pul hərisidir .
İlham Musaoğlu, şair.
25 may 2017
"Demokratik.Az"
