Biabırçı çıxışı ilə gündəm olan məktəb direktoru Alı Qocayevin arvadı imiş - VİDEO

  • 29 sen 2021, 10:28
27 Sentyabr – Anım Gününə “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə “24 günlük” müharibə deyən xanım direktorun kimliyi üzə çıxıb.
"Demokratik.Az"-ın məlumatına görə, biabırçı çıxışı ilə sosial şəbəkələri bəzəyən xanım Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır. Yerli mətbuatın yazdığından aydın olur ki, 1950-ci il təvəllüdlü direktor Bənövşə Cəfərova Samux rayonunun icra başçısı Alı Qocayevin həyat yoldaşıdır. 
Böyük izdihamda valideyinlərin və müəllim kollektivinin qarşısında biabırçı çıxış edərək özünü gündəmə gətirən xanımın nə az, nə də çox - düz 71 yaşı var. İddialara görə, xanım direktor icra başçısı olan həyat yoldaşının dəstəyilə təhsil ocağına rəhbərlik edib. Alı Qocayev 2005-2012-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb və Bənövşə Cəfərova da həmin illərdən sözügedən məktəbin direktorudur.

İnanırıq ki, bayağı çıxışı ilə öz varlığını biruzə verən xanım direktorun 71 yaşında hələ də direktor olmasına təhsil nazirliyi susqun qalmayacaq. Yoxsa, çətin ki, Bənövşə Cəfərova da öz əri kimi uzun illərdir oturduğu kürsüsündən xoşluqla istefa verməz. 

Məmurun direktor xanımının savadsız və baməzə çıxışını da təqdim edirik:

Demokratik.Az


Oxşar xəbərlər