Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Balakəndə qonur ayı balalarını satmaq istədilər və tutuldular - Fotolar
Balakəndə qonur ayı balalarını satmaq istədilər və tutuldular - Fotolar
- 03 iyul 2020, 14:17
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab” a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib. Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib.
A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər.
Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki "Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası"na göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
Göyçayda oğurluq edən şəxslər saxlanılıb
Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Zaqatalada fındıq oğruları tutuldu
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Oğuzda narkotik becərən 2 dost saxlanılıb
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Balakən sakinindən tapança götürülüb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti