Demokratik TV
Xəbər lenti
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
- 18 noy 2019, 14:19
Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov DİN-in "102”- Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib.
Müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib. Zərərçəkmişə məxsus emalatxanadan ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat Salmanov, Elvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Zaqatalada fındıq oğruları tutuldu
İsmayıllıda kriminal dəstə tutulub
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Evində narkotik yetişdirən şəxs saxlanılıb - Şəkidə
Qubada silsilə oğurluq edən 18 yaşlı gənc saxlanıldı
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıb
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti