Balakən sakinindən tapança götürülüb

  • 04 okt 2019, 10:51
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az saytına verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.
Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər