Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib

  • 06 iyun 2020, 11:30
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər