“Kanal 32″nin rəhbəri Mətubat Şurasına Səsləndi – Bizi kim qorumalıdır?

  • 10 iyun 2020, 09:55
Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova
Hörmətli Əflatun müəllim,diqqətinizə çatdırmaq istəyirəm ki,”Kanal32″ İnformasiya Agentliyinin Kanal32.az saytında və Youtube kanalında cəmiyyətimizi narahat edən bir sıra həlli vacib problemləri işıqlandırırıq.Dövlətimizin və dövlətçiliyimizin mənafeyi naminə,ölkə başçısı cənab İlham Əliyevin başlatdığı islahatlara öz imkanlarımız daxilində dəstək veririk.Məmur özbaşınalıqalarına,qanun pozuntularına qarşı barışmaz mövqe sərgiləyirik.Bu fəaliyyətin tərkib hissəsi olaraq 05 iyun 2020-ci il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında direktor Nuru Nuruyev tərəfindən haqsızlığıa məruz qalmış bir qrup işçinin müraciəti əsasında Qarabağ qazisi,blogger-jurnalist Sənan Həsənoğlunun çıxışı olub.Veriliş efirə yayımlanan gün Ağdaş xəstəxanasının direktoru Nuru Nuruyevin oğlanları-Rövşən və Azər Nuruyevlər 050-222-02-29 nömrəsindən zəng edərək Sənan Həsənoğlu(Abdullayev) küçə söyüşləri ilə təhqir etmiş(eyni zamanda videonun şərh bölümündə) onun ölümlə hədələmiş və onu “kriminal qanunlar”a uyğun şəkildə “razborka”ya çağırmışdır.Azər Nuruyev isə açıq şəkildə bloggerə onu öldürəcəyini deyib.
Hörmətli Əflatun müəllim,Siz jurnalistlərin hüquqlarının qoruyan bir təşkilatın rəhbəri olaraq hər zaman bu qəbildən olan məsələlərə obyektiv və hüquqi mkünasibət bildirmisiniz.Əlimizdə olan bütün səs yazılarını,əxlaqsız şərhlərin sürətlərini Sizin təşkilata və hüquq mühafizə orqanlarına təqdim edəcəyik.Odur ki,Sizdən xahiş edirəm ki,Qarabağ qazisi,blogger-jurnalist Sənan Həsənoğlunun həyati təhlükəsini,qanunların məmur və harın məmur övladları tərəfindən ayaqlar altına atılmasını nəzərə alıb müvafiq qaydada addımlar atasınız.Eyni zamanda bölgələrdəki məmurların müstəqil juranlistlərə olan hüquqdankənar münasibətlərini araşdırmaq üçün monitoriqnlər keçirsəiniz.Aidiyyatı üzrə səlahiyyətləriniz çərçivəsində tədbrilər görəsiniz.Əks halda dövlətin və ictimaiyyətin maraqlarına xidmət edən müstəqil jurnalistlərin həyatları təhlükədən sıortalanmayacaq və fəaliyyətləri məhdudlaşdırılacaq.
Hörmətlə,İnqilab Şirinbəyli
“Kanal32″ İnformasiya Agentliyinin rəhbəri,AJB-nin üzvü,”Həsən bəy Zərdabi” mükafatı laureatı
Oxşar xəbərlər