Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib

  • 03 iyun 2020, 13:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib.
Demokratik.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Həmin gün Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Dövlət başçısı yolun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.
Bundan başqa, ölkə başçısının iştirakı ilə 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. 
Səfərin digər təfərrüatları barədə əlavə məlumatlar veriləcək...
Demokratik.Az
Oxşar xəbərlər