Bir şəkillə ortaya atılan mülahizələr - küçə süpürənin neçə yaşı var və o kimdir?

  • 30 mart 2020, 17:52
Bakının “20 Yanvar” metrostansiyasının önündə bir şəkil çəkilib. Şəkildən aydın olur ki, ahıl bir qadın günün günortasında küçə süpürür.
Saytların biri yazıb ki, şəkildəki qadın Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (JEK) naəlac bir işçisidir və o maaşı xatirinə işləməyə məcbir edilir.
Ölkədə xüsusi karantin rejimi elan olunmasına, yaşı 65-dan yuxarı olanların küçəyə çıxmasına qadağa qoyulmasına baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinə tabe olan MKTB rəhbərliyini ittiham edən sayt qeyd edir ki, yaşlı nənəyə küçə süpürtdürürlər. Yəni, həmin işçinin yaşı 65-dən çoxdur ki, bu hal da qanuna, vicdana, ilahi ədalətə sığmır…
"Yaşlı qadını qul kimi işlədirlər, onu koronavirus təhlükəsinin ağuşuna atırlar və bununla prezidentin tapşırıqlarının, dövlətin verdiyi rəsmi qərarların əleyhinə gedirlər" - deyən xəbərci şəklin ahəngində Yasamal RİH rəhbərliyini, icra başçısı Elşad Həsənovu və “JEK” rəisini asanlıqla hədəf edir. 
Lakin sayt şəkildə görünən qadının yaşının 65-dən artıq olduğuna və kimliyinə dair heç bir sübut təqdim etmədən qeyri-peşəkarlığa, AJPDQ-nin pozulma halına yol verir. 
Beləcə, uzaqdan çəkilmiş bir şəkil birtərəfli jurnalist mülahizələrinə çevrilib və digər saytlarda da oxucuya təqdim edilib.
P.S. Yaxşı olardı ki, belə hallarda faktı təqdim edən jurnalist şəkildəki "nənə"nin kimliyini və yaşını araşdıra, yaxınlaşıb da ondan qısa açıqlama ala... 
Demokratik.Az
Oxşar xəbərlər