Demokratik TV
Xəbər lenti
Tahir İmanov arzusuna çatdı
- 23 apr 2019, 09:03
Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib.
Bu barədə azvision.az-a bəstəkarın nəvəsi, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
O bildirib ki, Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir: "Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirələr gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi”.
Qeyd edək ki, Əməkdar artist Tahir İmanov bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib. Ölkə başçısı onun təklifinə müsbət cavab verərək Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
Tahir İmanovun toyudur
Bakıda Elçibəyin adına küçə olacaq
Tahir İmanov: “Bizdən ilk qisas alan Hadı Rəcəbli oldu”
MTN Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib
İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verdi
Türkiyə Süleyman şah türbəsini bərpa edəcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti