Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Mədəniyyət » Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
- 21 apr 2019, 11:23
Məlum olduğu kimi, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib.
Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilməyib.
Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.
Qeyd edək ki, B.Bağırzadə heykəlin "Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.
T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır...
Necə deyərlər, Meriya "bəylərə qız bəyəndirə bilmir”...
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bəhram Bağırzadə ağladı
Prezidentə heykəl təklifi qalmaqal doğurdu: “Bu, Rəsulzadənin haqqına girməkdir”
Tale Bağırzadə hakimiyyəti iğtişaşlarla hədələdi
Tahir İmanov: “Bizdən ilk qisas alan Hadı Rəcəbli oldu”
Tahir İmanovun toyudur
“Mənim bəyanatlarımdan sonra nazirlik öz fikrini dəyişdi” - Tahir İmanov
MTN Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib
Məşhur İmanov qardaşlarına aldanan vətəndaşdan
Tahir Kərimov istixana açdı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti