Tale Bağırzadə hakimiyyəti iğtişaşlarla hədələdi

  • 06 noy 2015, 08:57
"Əziz müsəlmanlar. Bu rejim başını itirib. Onlar iğtişaşlara, xalqı  iğtişalara təhrik edirlər".

Bunu  facebook-da  iranmeylli şiə dindarların lideri kimi tanınan Müsəlman Birliyi Hərəkatının  lideri  Tale Bağırzadə yazıb. O hökuməti hədələmkədən də çəkinməyib.

Artıq neçə vaxtı öz zülmkar mahiyyətlərini ortaya qoymaqdadırlar.İndi də, Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımlını evinə daxil olarkan polis saxlayıb.Və inanclı insanlar axın-axın Sabunçu Polis İdarəsinə gedirlər. Bir daha qeyd edirəm,ilahiyyatçı Elçin Qasımlıya hər hansı hüquqa zidd adım atılarsa bunun bədəlini sərt şəkildə ödəyəcəklər.Dərhal, qeydsiz-şərtsiz  Elçin Qasımlının azad olunmasını tələb edirik
Oxşar xəbərlər