“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)

  • 22 noy 2019, 22:57
Hyundai şirkətinin Gəncə servis  xidməti öz müştərisini aldadıb ələ salır. "Burda mənəm Bağdada kor xəlifə” - deyir
Gəncə sakini Bəxtiyar Atai "HYUNDAI” şirkətini üzərinə ğötürmüş olduğu öhdəlikləri yerinə yetirməməkdə, süründürməçilikdə, eləcədə dələduzluqda ittiham edir. "Demokratik.Az"-ın məlumatına görə, şikayətçi məsələ ilə bağlı "DunyaninSesi”nə videomüraciət göndərib.
O, bildirir ki, 13.05.2019-cu il tarixdə "Hyundai”  şirkətinin Gəncə dillerliyindən "HYUNDAI SANATA FE” markalı 20 DS 222 dövlət qeydiyyat nişanlı avtomobil alıb. Aldıqdan sonra 6 ay ərzində texniki vasitəninin detallarında yaranmış problemlərin həlli ilə bağlı Gəncə şəhəri, Gəncə-Şəmkir şossesinin 2-ci km-də yerləşən servisə dəfələrlə müraciət edib, lakin xidmət sahəsi üzərlərinə götürmüş olduqları öhdəliyi yerinə yetirməkdən boyun qaçırıb.
Vətəndaşın dediyinə görə, sözügedən şirkətlə aralarındakı alqı-satqıya, bağlanmış müqavilə öhdəliklərinə görə texniki vasitələrin təmiri onların birbaşa xidməti borcları kimi qeyd edilir. Məhz buna görə şirkət üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməyə borclu olduğu halda bundan yayınır. Buna görə də avtomaşını şirkətin Gəncə servisinin qarşısında qoymağa məcbur qalan şikayətçi "Hyundai SantaFE"- yə  5 illik zəmanət verən şirkətdən öhdəliyini yerinə yetirməsi və vətəndaş süründürməçiliyini durdurması tələbilə gileyini ifadə edir. Təbii ki, bu cür hallar tanınmış avtomobil şirkətinin reytinqinə böyük zərbə vurur, ona olan inamı azaldır. 
Gəncə sakini  mətubat vasitəsi ilə "Hyundai” şirkətinin Gəncə servisində baş verən özbaşınalıqların durdurulması ilə  bağlı hüquq-mühafizə orqanlarından, vəzifəli şəxslərdən kömək istəyir.  Eləcə də məhkəməyə müraciət edəcəyini bildirir.

Oxşar xəbərlər