ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar

  • 08 noy 2019, 08:58

Sabah ADAU-nun avtobusunun qəza törətməsindən tam 4 il ötür, elə təmiri də 4 ildir yubadılır...

 

 

 

 

 

 

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin daşınması üçün ayrılan, lakin 4 ildir ki, hamıdan "gizlədilən" "Hyundai” markalı avtobus axır ki, tapılıb.

"Demokratik.Az"-ın məlumatına görə, tələbələrin daşınması üçün universitetin aldığı bahalı avtobus Gəncədə "Daşqın İnşaat" bazarı ərazisində illərdir təmir adı ilə usta yanında göz dağlayır. Zədəli avtobus dövlət nömrə nişanları və zədəli detalları sökülü halda açıq havada bir həyətdə saxlanılır.

Aldığımız məlumata görə, ADAU rektorunun laqeydliyi sayəsində şikəst qalan avtobusun təmiri məqsədli şəkildə yubadılır.  

Xatırladaq ki, sözügedən avtobus 2015-ci ilin noyabrın 10-da axşam saatlarında dərsdən çıxan tələblərin mənzil başına çatdırılmasını təmin edərkən Goranboy rayonu ərazisində Bakı-Gəncə marşurutu ilə hərəkət edən "Mercedes” markalı avtobusla toqquşub. Qəza zamanı "Hyundai”da olan 15 tələbə də müxtəlif bədən xəsarətləri alıb.

Universitet rəhbərliyinin avtobusu niyə hələ də təmir etdirmədiyinə dair maraqlı iddialar var. Deyilir ki, qəzadan sonra hadisəyə səbəb olan "Mercedes” (Bakı-Gəncə sərnişindaşıma avtobusu-red) tərəfindən ödənilən "sığorta haqqı" və ayda kompensasiya olaraq sərnişindaşıma şirkətindən alınan 100 manatlar da "yeyilib". Sənədlərdə "olmayan avtobusa" gündəlik yanacaq yazıldığı, sürücüsünün isə ötən illərdə havayıca maaş aldığı deyilir.

Avtobusun bu halda satıldığı da istisna deyil.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyini və aidiyyatı qurumları məsələdən hali olmağa və problemin həllinə çağırırıq.

 


 

 

Demokratik.Az  


Oxşar xəbərlər