Demokratik TV
Xəbər lenti
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
- 07 noy 2019, 22:21
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov doğulduğu Göyçay rayonuna qonaq gəlib.
Demokratik.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F. Əhmədov rayonda həmyerliləri və sinif yoldaşlarıyla görüşüb. Sosial şəbəkələrdə iş adamının Göyçay gəzintisi ilə bağlı foto paylaşılıb.
Qeyd edək ki, son vaxtlar azərbaycanlı biznesmenin adı müxtəlif qalmaqallarda səsləndirilir. Onun keçmiş yoldaşı Tatyana Əhmədovadan boşanması da mətbuatın diqqətində olub. Hətta F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri kimi tarixə düşüb. Buna görə də iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula biləcəyi haqqında məlumatlar da yayılıb. Səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən biznesmen T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının hesabına yalnız 5 milyon funt-sterliq köçürüb.
Xatırladaq ki, FORBES-in Rusiyalı milyarderlərlə bağlı yeni siyahısında F. Əhmədov 1,4 milyardlıq sərvəti ilə (ötən ilki sərvəti 1,3 milyard olub) 69-cu yerdə qərarlaşıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Onlar məndən bublikin dəliyini alacaqlar… ”milyarder bütün pullarını gizlətdi
Azərbaycanlı milyarder və həyat yoldaşının işi “İnterpol”-da
Rusiyada ikinci qadın-milyarder peyda olub
Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək
Rusiyanın ən zəngin azərbaycanlı biznesmenləri 5 mlrd. dollar qazanıb, 300 mln. dollar itirib
Ziya Məmmədov villasını milyarderə satdı? - yenilənib
“Fərhad Əhmədovun “Aznar” şirkəti ləğv olunmur” təkzib
Zamirə Hacıyevanı Putinin Londona qaçan düşməni ilə nə birləşdirir?
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti