Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanlı milyarder və həyat yoldaşının işi “İnterpol”-da

  • 22 yan 2019, 15:06

Azərbaycanlı milyarder Fərhad Əhmədov və vəkillərinin keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktı araşdırılır.

Bu barədə "The Guardian” nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır.

Xatırladaq ki, cütlük boşandıqdan sonra London məhkəməsi Əhmədovun sərvətinin yarısını arvadına verməsi barədə qərar qəbul etmişdi. Lakin bir neçə ildir milyarder bu qərara etiraz edir. O, məhkəmədə arvadından onun İngiltərə vətəndaşı olmadan öncə boşandığını söyləmiş, lakin 2016-cı ildə məhkəmə təqdim olunan sənədlərin saxta olduğu qənaətinə gəlmişdi. Zyusinsk Bölgə Məhkəməsi isə nikahın həqiqətən 2000-ci ildə pozulduğunu təsdiqləyib.

Bundan sonra milyarder "Interpol”un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib.

Hazırda "Interpol” Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır.

Oxşar xəbərlər