Ziya Məmmədov villasını milyarderə satdı? - yenilənib

  • 04 yan 2016, 18:59
Nəqliyyat naziri Ziya Məmmədovun Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satdığı barədə məlumat yaymışdıq. Həmin məlumatda deyilirdi ki, Ziya Məmmədovun villasını Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədova alıb.

Fərhad Əhmədov məlumatla bağlı İstiqla.az-a təkzib məktubu göndərib. Həmin məktubda deyilir ki, məlumat həqiqətəuyğun deyil. "Tərəfimizdən nəinki məqalədə adıçəkilən şəxslə - Ziya Məmmədovla, ümumiyyətlə heç kəslə villa, əmlak barəsində müqavilə bağlanmayıb",-deyə məktubda qeyd edilir.

***

Nəqliyyat naziri Ziya Məmmədov Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satıb. Bu barədə İstiqlal.az-a məlumat verən mənbə villanı alan şəxsin adını da açıqlayıb. Bu, Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədovadır. 

Mənbə villanın neçəyə satıldığı barədə dəqiq informasiyaya malik olmadığını deyib.

Qeyd edək ki, Avropa Oyunlarından sonra Ziya Məmmədovun "vurulması" prosesinə start verilib. Nəqliyyat Nazirliyinin demək olar ki, bütün səlahiyyətləri alınıb. Hazırda Ziya Məmmədovun bu quruma rəhbərliyi formal xarakter daşıyır. İddialara görə, yaxın günlərdə Nəqliyyat Nazirliyi ləğv ediləcək. 

Ziya Məmmədovun biznes imperiyasının çökdürülməsinə də start verilib. Artıq ona məxsus "Garant Holdinq"ə daxil olan ən böyük şirkətlərdən biri "Garant Sığorta" ASC ləğv edilib. 

Bildirilir ki, nazirin nəzarətində olan digər biznes strukturları da ya ləğv ediləcək, ya da başqa bir oliqarxın kurasiyasına veriləcək.
Oxşar xəbərlər