Xəbər lenti
Bütün xəbərlər

ADAU-nun yataqxanasında da oğurluq oldu

  • 27 okt 2019, 20:19

 

 

 

 

 


 

ADAU-da növbəti oğurluq hadisəsi baş verib.

Demokratik.Az-a ADAU-dan verilən məlumatda bildirilir ki, dünənki oğurluq Universitetin 1 saylı yataqxanasında olub. Bu dəfə oğrular yataqxananın internet modemini, tələbələrin müxtəlif məbləğdə pullarını və yuxarı mərtəbədəki otaqdan tələbələrdən birinin noutbuk kompüterini oğurlayıblar.

Məlumatlı mənbə xoşagəlməz olaya səbəb kimi müasir yataqxana kompleksində turniketlərin (görüntü-təhlükəsizlik kameraları) quraşdırılmamasını, tələbələrin nizam-intizamsız olmasını dilə gətirib.

Xatırladaq ki, bu ötən ay yeni tikilən binanın anbardarının oğurluq üstündə həbsini saymasaq, son həftə ərzində ADAU-da baş verən ikinci oğurluq hadisəsidir. 

Bir neçə gün əvvəl də Universitetinin "Baytarlıq və Zoomühəndislik" fakultəsinin "Mamalıq" tədris korpusundan 15 ədəd personal kompüteri oğurlanmışdı, hadisəni törədən şəxslərin isə ADAU-nun 2-ci kurs tələbələri olduğu üzə çıxmışdı.

Oğruların eyni universitetin tələbələri olması acı təəssüf doğurur...

(mövzu diqqətimizdədir)

Demokratik.Az 



Oxşar xəbərlər