Xəbər lenti
Bütün xəbərlər

ADAU-nun Baytarlıq fakültəsindən kompüterlər oğurlandı - YENİLƏNİB

  • 23 okt 2019, 12:03

ADAU-da maraqlı oğurluq hadisəsi baş verib.

Demokratik.Az-ın məlumatına görə, dünən gecə saatlarında Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi"nin  Baytarlıq klinikasından 15 ədəd personal kompüter naməlum şəraitdə oğurlanıb. Kompüter sayının kütləvi olması və digər hallar ilkin ehtimalda oğurluğun bir neçə şəxs tərəfindən həyata keçirildiyini, hətta öncədən təşkil olunduğunu da iddia etməyə əsas verir.  

 

Aldığımız məlumata görə, oğurlanmış kompüterlər Universitetin Baytarlıq Klinikasına "Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi" (TİKA) tərəfindən verilmiş maddi-texniki vəsaitlər sırasında olub. 

Hazırda Gəncə polisi hadisə yerinə cəlb olunub və oğurluq hadisəsinin motivlərini araşdırır...

*********

ADAU-nun Baytarlıq Klinikası ilə əlaqə yaratmaq cəhdimiz baş tutdu və baş verən oğurluq hadisəsinin klinikada baş vermədiyini, əslində Baytarlıq fakultəsinin "Mamalıq" (Suni mayalanma) tədris korpusunda olduğunu dəqiqləşdirə bildik. 


Demokratik.Az 

Oxşar xəbərlər