ADAU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

  • 25 apr 2018, 10:12

Qarşılıqlı müqavilə əsasında Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət tələbə heyəti və müəllimləri Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Bir həftə müddətində qonaq tələbələr Aqrar universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak edəcək, qonaq müəllimlər isə baytarlıq və baytarlıq sanitar ekspertizası üzrə müvafiq kurslarda mühazirələr söyləyəcəklər.

Qonaqları qəbul edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  təhsil müəssisəsinin tarixi və bu günü haqqında məlumatlar verib, aqrar sektorun kadr təminatında bu universitetin rolundan danışıb. Qonaqları maraqlandıran sualları cavablandırıb. Çıxış edən qonaqlar isə səmimi qəbula görə minnətdarlığını bildirib və iki universitet arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün təkliflərini veriblər. Bakalavr və magistr hazırlığı, müəllim mübadiləsi, ikili beynəlxalq konfransların təşkili və s. barədə konkret razılıq əldə edilib.

Demokratik.Az


Oxşar xəbərlər