Neftin qiymətlərinin kəskin ucuzlaşması hansı ölkənin işinə yarayıb?

  • 13 mart 2020, 15:57
Neft bazarının çökməsi Hindistan üçün hədiyyə olub
Enerji resurslarının 80% -dən çoxunu idxal edən Hindistan Respublikası neftin qiymətinin sürətlə aşağı düşməsindən ən çox fayda götürən ölkədir. Rəyi soruşulan beynəlxalq mütəxəssislər müvafiq nəticəyə gəliblər.
Asiya-Sakit Okean bölgəsindəki IHS Markit-in baş iqtisadçısı Rajiv Visvas mövcud vəziyyəti ölkə üçün əsl hədiyyə adlandırıb, çünki inflyasiya səviyyəsini və idxala sərf olunan xərcləri azaltmağa imkan verəcəkdir.
Ens.az bildirir ki, uzun illər ərzində Hindistan dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri statusuna sahib olsa da, son zamanlar daxili və xarici problemlər üzündən bu mövqeyini itirib. Məsələn, 2019-cu ilin dördüncü rübündə ümumi daxili məhsul (ÜDM) artımı 4.7% -ə düşüb.
Təhlilçinin sözlərinə görə, ucuz neft və qazın neft sənayesi, enerji və nəqliyyat kimi iqtisadi sahələri canlandırmaq şansı var. Bu amillər Hindistan Bankına baza dərəcəsini aşağı salmağa və bizneslərə daha ucuz kreditlər verməyə imkan verəcəkdir.
Sinqapurlu DBS Qrupunun iqtisadçısı Radhiki Raonun sözlərinə görə, yaxşı əhval-ruhiyyə və aşağı baza ilə birlikdə Hindistan ÜDM-in yaxşı artımını nümayiş etdirə biləcək.
Mart ayına qədər davam edən maliyyə ilində Hindistan neftə görə 95,69 milyard dollar xərcləyib ki, bu da bir il əvvələ nisbətən 12% azdır. Əgər neft bir barrel üçün 50 dollardan yuxarı qalsaydı, bu respublikanın bütün idxalının 21% -ni təşkil edəcəkdi. Bir müddət öncə Hindistanın neft və qaz naziri Dxarmendra Pradxan, aprel ayında neftin bir barrelinin qiymətinin 50 ilə 60 dollar arasında dəyişəcəyi təqdirdə xoşbəxt olacağını söyləmişdi ( Hazırda bu qiymət 40 dollardan da aşağıdır- red.)
Qeyd edək ki, neftin qiyməti iki amilə görə aşağı düşüb. Yeni növ koronavirus infeksiyasının pandemiyası dünyada xammala tələbatı azaldır və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə Rusiya Federasiyası arasında sazişin uğursuzluğa düçar olması qiymət müharibəsinə səbəb olub. Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri Avropa istehlakçılarına neft tədarükündə rekord endirim elan etdi. Bu addım Rusiyanı bazarda sıxışdırmağa yönəlib.
Tərcüməçi: Fəxri Qocayev
Mənbə: www.mk.ru
Oxşar xəbərlər