"Neft 200 dollar olacaq"

  • 21 fev 2016, 11:28
"Neftin qiyməti 200 dollara qalxacaq”. Anspress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu Ekvadorun prezidenti Rafael Korrea deyib. Prezident jurnalistlərə açıqlamasında neftin qiymətinin kəskin artımının yaxın gələcəyə proqnozşladırıldığını deyib. 

Onun sözlərinə görə, ucuz qiymətlər üzündən neft sektoruna sərmayə qoyuluşunun dayandırılması, rentabelliyini itirdiyi üçün ABŞ-da yüzlərlə neft quyusunun bağlanması ona gətirib çıxaracaq ki, yaxın gələcəkdə neftin 1 barelinin qiyməti 200 dollara qədər yüksələcək.

Prezident deyib ki, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının yanvar ayı səviyyəsində saxlanması barədə razılıq əldə ediblər. Daha sonra Venesuelanın neft naziri neft hasilatının dondurulması haqqında qərara Ekvador, Əlcəzair, Nigeriya və Omanın da qoşulduğunu, Küveytin qərarı dəstəklədiyini açıqlayıb. 

Prezident düşünür ki, neft hasilatının səviyyəsini 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurmaq qərarı  İran, Rusiya və Venesuela ilə münasibətlərdəki geosiyasətlə əlaqədar ola bilər. Ancaq o istənilən halda bunun müsbət addım olduğunu deyib. "Rusiya və Səudiyyə Ərəbistanının danışıqlar masası arxasına oturması  pozitiv əlamətdir". 

Sonuncu dəfə OPEK üzvləri neft hasilatı səviyyəsinə dair 15 il əvvəl razılığa gəliblər. Dünya bazarında neft hasilatının artması neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Buna əsas səbəb kimi ABŞ və "Altılıq” ölkələrinin İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırması və ABŞ-ın 40 illik qadağadan sonra   neft hasil etməyə başlaması göstərilir. 695 milyon barel neft ehtiyatı olan və onun 8%-ni satmağı planlaşdıran ABŞ ötən aydan neft hasil etməyə başlayıb.

Qara qızılın qiymətində azalma ötən ilin əvvəllərindən başlayıb. Son bir ildə qiymətlər 4 dəfə ucuzlaşıb. Son 10 ildə ilk dəfə olaraq neftin qiyməti 30 dollardan da aşağı düşüb. 

Bu gün olan məlumata görə, dünya birjalarında "Brend" markalı neftin qiyməti 33,01 dollardır. 
Oxşar xəbərlər