Hindistan iqtisadiyyatı Çini üstələdi

  • 08 fev 2016, 21:35

Asiyanın ən böyük üçüncü iqtisadiyyatı Hindistan Çini keçərək dünyanın ən sürətli böyüyən ölkəsi oldu.

Hindistan Statistika Ofisinə görə, iqtisadi artım keçən ilin 4-ci rübündə 7.4%-dən 7.3%-ə geriləsə də gözləntilərin üzərində artıb. Hindistanın bu böyümə rəqəmiilə həmin dövrdə 6.8% böyüyən dünyanın ən böyük ikinci iqtisadiyyatı Çini keçib.

Hindistanda emal sənayesi son rübdə 12.6% artarkən, kənd təsərrüfatı sektoru 1% geriləyib. Statistika Bürosundan edilən açıqlamada iqtisadi artıma ən güclü təsiri maliyyə, turizm və emal sektorunun etdiyi, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrinin isə zəif qaldığı qeyd olunub.

Hindistanın Mart ayında sona çatan 12 aylıq dövrdə 7.6% böyüməsi gözlənilir. Bloomberg-in sorğusuna qatılan 21 iqtisadçıların proqnozu isə 7.4%-dir.

2015-ci ildə Çin iqtisadiyyatı 6.9 böyümüş, Rusiya iqtisadiyyatı 3.7% geriləmişdi. Braziliyanın da 3.7% nisbətində geriləməsi gözlənilir.