“Qalatasaray” "Trabzonspor"a da uduzub

  • 24 yan 2022, 09:37
Türkiyə Super Liqasının XXIII turunda “Qalatasaray”la “Trabzonspor” qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, uğursuz mövsüm keçirən İstanbul klubu çempionatın liderini öz meydanında qəbul edib.
31-ci dəqiqədə Çiçaldaunun vurduğu penalti “Qalatasaray”a üstünlük qazandırıb. Lakin istanbullular bu üstünlüyü qoruya bilməyib.
Çempionatın lideri nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə qazanıb. Anastasios Bakasetas 84-cü, Edin Viskanın 90-cı dəqiqədə vurduğu qollar “Trabzonspor”a üç xal qazandırıb.
Bu qələbədən sonra xal hesabını 54-ə yüksəldən “Trabzonspor” çempionatın lideridir. Aktivində 27 xal olan istanbullular 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, trabzonluların ən yaxın izləyicisi “Konyaspor” bir oyun az keçirib və 9 xal geridədir.
Oxşar xəbərlər