(UEFA) Moskvada "Real"a soyuq duş - NƏTİCƏLƏR

  • 03 okt 2018, 08:44

Oktyabrın 2-də UEFA Çempionlar Liqasının ikinci turun növbəti oyunu keçirilib.

Turun ən gözlənilməz hesabı G qrupunda qeydə alınıb. "Lujniki" stadionunda keçirilən görüşdə MOİK İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 2-ci dəqiqədə Nikola Vlasiç olub. Qarşılaşmanın 90-ci dəqiqəsində MİOK-ın qapıçısı İqor Akinfeyev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qrupun digər oyunu İtaliyanın "Olimpiko" stadionunda keçirilib. İsveçrənin "Viktoriya Plzen" klubu İtaliyanın "Roma" komandasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (5:0). Edin Dzeko (3), Cengiz Ündər və Jastin Klüvert fərqləniblər.

E qrupunda yer alan Almaniyanın "Bavariya" klubu da, öz meydanında xal itkisi ilə üzləşib. Oyunda hesabı Mats Hummelsın erkən qolla açsa da, on yeddi dəqiqə sonra qapısında qol görərək heç-heçə edib.

Portuqaliyanın "Benfika" klubu isə səfərdə Yunanıstanın AEK komandasını 3:2 hesabı ilə məğlub edib.

F qrupunda ilk turda doğma meydanda gözlənilmədən Fransanın "Lion" klubuna məğlub olan "Mançester Siti" səfərdə "Hoffenhaym" klubu ilə qarşılaşıb. Oyunda Kerem Dəmirbayın təkbətək ötürməsini İsak Belfodil dəqiq zərbə ilə tamamlayıb - 1:0. Oyunun favoriti sayilan "Mançester Siti"nın qol cavabı çox çəkməyib. Matçın 8-ci dəqiqəsində ingilislərin alman hücumçusu Leroy Sane cinahdan iki müdafiəçini arxada qoyaraq Kun Aqueraya məhsuldar ötürmə verib, sonuncu fürsəti əldən verməyib - 1:1.

Fasilədən sonra da, hesab dəyişilməmiş qalıb. Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasında ilk xalın qazanıb.

Qrupun digər oyunu "Lion"un doğma meydanında "Groupama" stadionunda keçirilib. Həmin oyunda "Lion" - "Şaxtyor" klubunu qəbul edib. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

H qrupunda yer alan "Yuventus" klubu öz meydanında İsveçrənin "Yanq Boyz" klubu qəbul edib. İlk turda Kriştianu Ronaldu "Valensiya"ya qarşı oyunda qırmızı alıb. Bu səbəbdən turinlilər portuqaliyalısız meydana çıxıblar. Buna baxmayaraq ilk dəqiqələrdən gözəl oyun nümayiş etdirən "qoca sinyora" 5-ci dəqiqədə hesabı açıb. Özlərinə aid meydançadan "Yuventus" klubunun müdafiəçisi Leonardo Bonuçi Paolo Dibalaya məhsuldar ötürmə verib, sonuncu saxlamadan qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan iyirmi səkkiz dəqiqə sonra meydan sahibləri yenidən Paolo Dibalanın sayəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Blez Matuidinin qüvvətli zərbəsini "Yanq Boyz" klubunun qapıçısı David von Ballmos qaytarsada özünü topa hamıdan tez yetişdirən argentinalı dublun rəsimləşdirib - 2:0. Birinci hissə italyanlıların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Yuventus” klubu yenidən qonaqları meydanın mərkəzinə dəvət edib. Bu dəfə də, Paolo Dibala fərqlənib, amma Xuan Kuadradonun cinah ötürməsindən sonra - 3:0. Buda oyunda sonuncu qol olub.

Qrupun digər qarşılaşmasında isə "Mançester Yunayted" doğma meydanda "Old Traffor"da İspaniyanın "Valensiya" klubunu qəbul edib. Görüşdə hesab açılmayıb.

Oxşar xəbərlər