Demokratik TV
Xəbər lenti
AFFA "qara bazar" da bilet satanları cəzalandıracaq
- 20 apr 2021, 09:31
AFFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri "qara bazar”da satmaq istəyən şəxslərə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, biletlərin "qara bazar”a çıxarılması və təkrar satışı qəti qadağandır.
Bu cür hallar baş verəcəyi təqdirdə, satışa çıxarılmış biletlər dərhal etibarsız hesab olunaraq blok ediləcək. Həmçinin bileti satmaq üçün əldə etmiş şəxs 5 min manat məbləğində cərimə olunacaq.
"Qara bazar”dan alınmış biletlə stadiona daxil olmaq istəyən şəxslər isə kompensasiya ödənilmədən stadiona buraxılmayacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan "Qızıl” və 690 avroluq "Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi mayın 2-də daha 5000 bileti satışa buraxıb. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın "Gənclik Mall” və "Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Qarabağ"ın oyununa təxminən 60 min bilet satılıb
Dollar alıb-satanlar “qara bazar”a üz tutub
“Qarabağ” – “Roma” oyununa 40 min bilet satılıb
Azərbaycan-Moldova oyununun biletləri artıq satışda
"Qarabağ”/ “Kukesi” oyununa 3 günə 5 min bilet satılıb
Olimpiya stadionu Avroliqanın finalına görə bağlanır
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
UEFA Çempionlar Liqasının final matçı Bakıda keçirilə bilər
"Qara bazar"da dollar sürətlə bahalaşır
Bakıda keçiriləcək oyunların tarixi bilindi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti