"Qara bazar"da dollar sürətlə bahalaşır

  • 15 apr 2017, 10:10
Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur

Son iki gündə "qara bazar"da dollar sürətlə dəyər qazanmaqda davam edir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.65 manatdan 1.68 manata, satışı isə 1.67 manatdan 1.69 manata qədər yüksəlib. Bu isə 2 gündə dolların 3,7%-dək bahalaşması deməkdir. "Qara bazar"dan verilən məlumatda dolların bahalaşması dollara tələbatın artması ilə əlaqələndirilib: "Hazırda dollar almaq istəyənlər bazara dollar çıxaranlardan xeyli çoxdur. Dollara tələb artdığı üçün kursu artırmışıq". Banklarda isə dolların kursu hazırda 1.6180-1.7300 manat arasında dəyişir.
Oxşar xəbərlər